Sənan Qurbanov:"Vaxtımız azdır"
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı klubun saytına açıqlamasında “Qəbələ”nin Lüksemburqun “Proqres” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib:
“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırki durumda şanslar bərabərdir. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdır. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.
Oxşar xəbərlər
"Qəbələ"dən mənasız qələbə
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Qəbələ" "Proqres"lə cavab oyununa hazırlaşır
“Qəbələ” məğlubiyyətlə başladı
"Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm" - Vojislav Stankoviç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası