Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionu Bakıda şoka düşdü - ona görə baryerləri aşdılar
Qaydasız döyüş üzrə dünya çempionu olan rusiyalı Həbib Nurməhəmmədovun Bakıda fanatları ilə keçirdiyi görüş insidentsiz ötüşməyib.
Sportfm.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə anşlaq olub. Dolu zalda idmansevərlərlə görüşən UFC çempionu gözlənilmədən səhnəni tərk edib. Saytımızın əməkdaşının verdiyi məlumata görə, buna səbəb mühafizə xidmətinin öz işinin öhdəsindən gələ bilməməsidir. Nurməhəmmədova daha yaxın olmaq üçün baryerləri aşan xeyli sayda fanat idmançıya çətin anlar yaşadıb. Sonradan səhnəyə qayıdan Həbib UFC-nin çempionluq kəmərini nümayiş etdirib. Rsiyalı döyüşçü Bakıya bundan sonra da gələcəyinə söz verib.
Oxşar xəbərlər
“Həbib mənə söz verib” - MMA döyüşçümüz
Azərbaycanlı döyüşçü Həbib Nurməhəmmədovun yeznəsini döydü - VİDEO
Həbib Nurməhəmmədovun atası virusdan dünyasını dəyişdi
Nurməhəmmədov Makqreqoru bağışladığını dedi
Həbib Nurməhəmmədovun cəzası açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası