reklam
Rauf Əliyevin
Sportfm.az xəbər saytı

Rauf Əliyevin "ayağı açıldı"


Yeni mövsümə hazırlaşan “Qəbələ” yoxlama görüşü keçirib. 

Sportfm.az xəbər verir ki, Qəbələdə baş tutan hazırlığın 1-ci mərhələsini başa vuran Sənan Qurbanovun çalışdırdığı kollektiv bu gün Bakıda yoxlama oyunu keçirib. “Bakı”nın təlim-məşq bazasında baş tutan qarşılaşmada “Qəbələ”nin rəqibi Birinci Divizion təmsilçisi MOİK olub. Qarşılaşma 1:1 hesabıyla bitib. 

MOİK-in heyətində Elmir Tağıyev hesabı açıb. Matçın sonlarına yaxın “Qəbələ”nin yeni transferlərindən olan Rauf Əliyev özü qazandığı penaltini qola çevirib. 

“Qəbələ”nin milli komandalara dəvət almış futbolçuları, eləcə də yeni transfer Sabien Lilay bu görüşün iştirakçısı olmayıb. 

“Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

Oxşar xəbərlər

"Qəbələ" Bakıda davam edəcək - Toplanış
Rauf Əliyev qol vurdu, "Qəbələ" uduzmadı
"Qəbələ" 4 qolla qalib gəldi
"Qəbələ" yoxlama görüşündə qalib gəldi
"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər