reklam
FİFA: Şeydayevlə Mahmudov Azərbaycan millisində oynaya bilər!
Sportfm.az xəbər saytı

FİFA: Şeydayevlə Mahmudov Azərbaycan millisində oynaya bilər!


FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) futbolçu Emin Mahmudov və Ramil Şeydayevlə bağlı müraciətiylə əlaqədar qərar qəbul edib. Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qərarda bunlar qeyd olunub:

1. AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
2. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
1. AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
2. Futbolçu Emin Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FİFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Şeydayev bir müddət əvvəl Türkiyənin "Trabzonspor", Mahmudov isə Portuqaliyanın "Bovişta" klubuna keçib.

Oxşar xəbərlər

FİFA Almeyda ilə bağlı qərar verdi
Renat Dadaşov Azərbaycan millisində!
"Bursaspor"un forvardı yığmamızda!
"Trabzonspor"dan Ramil Şeydayevə jest - FOTO
AFFA FIFA-ya müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər