reklam
Rekordlar kralı Ronaldo
Sportfm.az xəbər saytı

Rekordlar kralı Ronaldo


Kristiano Ronaldo daha bir rekorda imza atıb. 

Sportfm.az xəbər verir ki, portuqaliyalı DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.

Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.

Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006 - İran, DÇ-2010 - Şimali Koreya, DÇ-2014 – Qana) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.

Qeyd edək ki, hazırda dünya çempionatında iştirak edən Tim Keyhil (Avstraliya) və Rafael Markez (Meksika) da Ronaldoya “qoşula” bilər. Hər iki oyunçu daha əvvəl 3 DÇ-də rəqib qapıçını məyus edə bilib.

Oxşar xəbərlər

Ronaldo yeni uğura imza atdı
Mbappedən daha bir uğur
Ronaldo rekorda imza atdı
Lotar Matteus hamıdan öndədir
Ronaldodan yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər