"Professor" "Neftçi"nin gənclərinə "dərs deyəcək"
"Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyinatı olub.
Sportfm.az xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.
1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarında da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.
Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.
Oxşar xəbərlər
Qurbanova yubiley təbriki - FOTO
Professor Bakı klubunda nə edəcək? Debüt
"Neftçi"də yeni məşqçi təyinatı - 1 illik müqavilə
"27" nömrə yenidən "Neftçi"də
Bordinin "Neftçi"də daha bir köməkçisi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası