Bordinin "Neftçi"də daha bir köməkçisi məlum oldu
Yeni mövsümdə əsas komandaya rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümdə də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.
İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində "ağ-qaralar"da ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.
Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.
Oxşar xəbərlər
"Professor" "Neftçi"nin gənclərinə "dərs deyəcək"
Bordinin "Neftçi"dəki köməkçiləri müəyyənləşdi - Sürpriz adlar
"Neftçi"yə yeni baş məşqçi təyin olundu
Elxan Abdullayevin köməkçiləri müəyyənləşdi
"Neftçi"də köməkçi məşqçilər məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
MOİK-dən inamlı qələbə - I Liqa
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
Sergen Yalçın üçün imza mərasimi keçirildi















Misli Premyer Liqası