Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurbanova yubiley təbriki -FOTO
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.
Sportfm.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komanda ilə birinci divizionun qalibi olub.
Oxşar xəbərlər
Bəxtiyar Musayev 50 - Yubiley təbriki
“Neftçi” Nazim Əliyevi təbrik etdi - FOTO
“Neftçi” - “Qarabağ” - Statistika
"Neftçi" Kazbek Tuayevi təbrik etdi - FOTO
"Professor" "Neftçi"nin gənclərinə "dərs deyəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası