Köhnə format, yeni ad -Futzal üzrə Çempionlar Liqası
UEFA Futzal kuboku yeni mövsümdən Çempionlar Liqası adlanacaq. Buna qədər Avropa klub turniri 32 dəfə keçirilib. İlk dəfə 1984-cü ildə təşkil edilən yarış 2001/02-ci il mövsümündən UEFA Futzal kuboku adlanmağa başlayıb. Bu ad altında 17 mövsümlük yol qət edən UEFA nəhayət yarışı çempionların adına layiq adlandırmaq qərarına gəlib.
Sportfm.az xəbər verir ki, buna görə də 33-cü klub qitə birinciliyi Çempionlar Liqası adı altında keçiriləcək. Format isə dəyişməyib. Sadəcə, klub reytinqində ən yüksək göstəriciyə malik 4 ölkə - Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstan 2 iştirakçı ilə təmsil olunacaq. Buna görə də, UEFA-nın 55 üzvü olsa da, yarışda ilk dəfə 59 komanda mübarizə aparacaq. Ölkəmiz bu siyahıda Ukraynadan sonra 6-cı pillədə qərarlaşıb və buna görə də ancaq ölkə çempionu – “Araz”la təmsil olunacağıq. Komandamız mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Apreli 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də, elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.
Çempionlar Liqasında iştirakı dəqiqləşən komandaların adlarını diqqətinizə çatdırırıq: “İnter”, “Barselona” (hər ikisi İspaniya), “Qazprom-Yuqra”, “Sibiryak” (hər ikisi Rusiya), “Kayrat”, “Aktobe” (Qazaxıstan), “Prodexim Xerson” (Ukrayna), “ARAZ” (AZƏRBAYCAN), “Doboveç” (Sloveniya), “Era-Pack Chrudim” (Çexiya), “İnformatica Timişoara” (Rumıniya), “Slov-Matik” (Slovakiya), “Hovokubo” (Hollandiya), “Halle - Guik” (Belçika), “Mostar” (Bosniya və Herseqovina), “Lidselmaş Lida” (Belarus), “Rekord Bielsko-Biala” (Polşa), “Veles” (Makedoniya), “KaDu” (Finlandiya), “Nikars” (Latviya), “Sanderjord” (Norveç), “Uddevalla” (İsveç), “Reading Eskolla” (İngiltərə), “Doukas” (Yunanıstan), “Dinamo” (Moldova), “JB Gentofte” (Danimarka), “Çelik” (Monteneqro), “Varna City” (Bolqarıstan), “Fidell” (İsveçrə), “Leo” (Ermənistan), “Enkamp” (Andorra), “Vytis” (Litva), “Tirana” (Albaniya), “Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), “Kardif University” (Uels), “Tallinna Kosmos” (Estoniya), “Lynx” (Cəbəllütariq), “Valletta” (Malta), “Murata” (San Marino), “Vattcell” (Şotlandiya), “Nohenstein - Ernstthal” (Almaniya), “Feniks” (Kosovo), “Murexin Allstars” (Avstriya), “Racinq” (Lüksemburq), “Belfast Yunayted” (Şimali İrlandiya), “Vangir Jupiters” (İslandiya).
Portuqaliya (iki komanda), İtaliya, Serbiya, Xorvatiya, Macarıstan, Türkiyə, Fransa, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandaların təmsil edəcəyi isə hələ dəqiqləşməyib.
Oxşar xəbərlər
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
“Araz-Naxçıvan”ın potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
“Qarabağ”ın rəqibi məlum oldu - Çempionlar Liqası
"Araz" Çempionlar Liqasında Slovakiya təmsilçisi ilə düşdü
Çempionumuzun rəqibləri müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası