reklam
Sportfm.az xəbər saytı

"Araz" Çempionlar Liqasında Slovakiya təmsilçisi ilə düşdü


Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib.  

Sportfm.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək. 

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı
Çempionlar Liqasında "Araz"ın rəqibləri müəyyənləşdi
“Ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik” - Rövşən Hüseynli
Köhnə format, yeni ad - Futzal üzrə Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər