reklam
Dünya çempionatının ikinci gününə yekun vuruldu -
Sportfm.az xəbər saytı

Dünya çempionatının ikinci gününə yekun vuruldu -FOTO


Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatının ikinci günündə - iyunun 6-da kiçik yaşlı yeniyetmə qızların “Challenge” yarışlarının qalibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. Boliviyalı Mariana Aquilera Kollazos çempionatı ikinci, Yeni Zelandiya təmsilçisi Meq Kannon üçüncü pillədə başa vurublar.

Doqquz yaşlıların mübarizəsində Qvadalupe Palasios Palomeque fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransalı Alissa Dard və Niderland velosipedçisi Lieke Van Der Aa ilk üçlüyü tamamlayıblar.

Çempionatda 10 yaşlıların mübarizəsində ABŞ idmançısı Taylor Sprat birinci olub. Böyük Britaniya təmsilçisi Elza Rendall Toss və belçikalı Maksima Breuqelmans müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.

On bir yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci, kolumbiyalı Nikole Foronda Kastro ikinci, Yeni Zelandiya velosipedçisi Lili Qrinouq üçüncü olublar.

Mundialda 12 yaşlıların mübarizəsində Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub. Kolumbiyalı Sara İzabel Qarsia Marin yarışı ikinci, avstraliyalı Teya Rufus üçüncü yerdə başa vurublar.

Oxşar xəbərlər

BMX üzrə dünya çempionatının üçüncü gününə yekun vuruldu - FOTO
Dünya çempionatında daha 12 qalib müəyyənləşdi
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO
Bakının ən sərrast güllə atanları müəyyənləşdi - Adlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər