• 10:53 Çərşənbə axşamı
    13 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Qurban Qurbanov:

Qurban Qurbanov: "Gəlin, bu gün millidən danışaq"

Bu gün yoldaşlıq oyununda Qırğızıstan millisini 3:0 hesabıyla məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Sportfm.az xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib: 

- İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrralaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm. 

- İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?
- Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik. 

- Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki oyunda yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?
- Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nəticə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqibin oyunu buna imkan vermir. Buna görə, hücumda nə qədər yaxşı futbol sərgiləsək də, müdafiədə də etibarlı oynamaq laızmdı. 

- Komanda neçə faiz hazırdı?
- Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdı. 

- Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?
- Onlar fərqli oyunçulardı. Səhv etmirəmsə, Prosneçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarov mərkəzdə daha yaxşı oynayır. 

- Komandada taran tipli hücumçu problemi var. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn Rüfət Dadaşovu yenidən yığmada görə bilərik? 
- Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

- Belə söz-söhbət var ki, Rahil Məmmədov, Cavid İmamverdiyev və Filip Ozobiç “Qarabağ”a keçəcək...
- Harda gedən söz-söhbətə görə? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq. 

- Pavel Paşayevin zədəsi ciddidi?
- Bu cür zədəyə ciddi də demək olar, deməmək də. Riçard Almeydanın zədəsindəndisə, ciddi demək olar.(sportal.az)

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

29-05-2018
659
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
21-09-2020
"120 dəqiqəlik mübarizədən çıxmışdıq" - Qurban Qurbanov
15-02-2020
"Hər şey istədiyimiz kimi alındı" - Qurban Qurbanov
18-09-2019
"Uğurlu nəticə qazana bilərik" - Qurban Qurbanov
25-03-2019
Yurçeviç:
Yurçeviç: "Daha uğurlu çıxış etməli və azarkeşlərdə maraq yaratmalıyıq"
17-11-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kosovoya qələbə üçün gedəcəyik"
16-11-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bunu düşünmək durumunda deyilik"
7-09-2018
"Renat bacardığı qədər mübarizə apardı" - Rəşad Sadıqov
8-08-2018
Qurban Qurbanov:
Qurban Qurbanov:"Oyundan sonra bu barədə düşündük"
27-05-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: Onunla ciddi söhbətim olacaq
12-05-2018
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi"
15-04-2018
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
21-11-2017
Qurban Qurbanov:
Qurban Qurbanov:"Onların yaşına baxmıram"
1-11-2017
Qurban Qurbanov:
Qurban Qurbanov:"Bir az da bərkiməliyik"
9-06-2017
Robert Prosineçki:
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
25-11-2016
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"
  Xəbər Lenti
"Böyük səhvə yol vermişəm" - Tovuzlu futbolçu 13.04.2021, 09:56
PSJ yarımfinala adlayacaqmı? - Çempionlar Liqası 13.04.2021, 09:06
Dibalanın sevgilisi izləyiciləri üçün rəqs etdi - VİDEO VİDEO 12.04.2021, 21:08
"Turan Tovuz" 3-0 "Sumqayıt" - VİDEO 12.04.2021, 20:55
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi 12.04.2021, 20:38
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu 12.04.2021, 19:00
"Neftçi" və "Turan Tovuz"dan qələbə - I Divizion 12.04.2021, 18:55
AFFA TFF ilə VAR sistemini müzakirə etdi 12.04.2021, 17:30
Fərid 55 dəqiqə oynadı - Çexiya çempionatı 12.04.2021, 16:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb