Millimizin futbolçusu “Fulhem”lə 4 illik müqavilə bağladı
Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Fulhem”də baxışdan uğurla keçib. Bir neçə gün öncə Çempionşip təmsilçisinin düşərgəsinə qoşulan İsrafilov komandada qalmaq üçün baxış müddətində özünü yaxşı tərəfdən göstərməli idi. Eddi bunu bacardığından, onunla rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, İsrafilov qarşıdakı 4 ili "Fulhem”in heyətində keçirəcək. Bu transferə görə ingilislər 200 min avrodan keçməli olublar. Lakin müqavilədəki bəndə əsasən, "Fulhem” növbəti mövsüm Premyer Liqaya vəsiqə qazana bilsə, həmin məbləğ bir qədər də artırılacaq. "Mursiya”nın yetirməsi olan Eddi buna qədər müxtəlif klublarda – "Qranada”, "Eybar” və "Kordoba”da icarə əsasında çıxış edib. Son olaraq, "Kordoba”da oynamış xavbek Sequndada 14 matçda iştirak etsə də, qol hesabını aça bilməmişdi.
Qeyd edək ki, İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |