reklam
Millimizin futbolçusu İspaniya klubuna transfer olundu -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu İspaniya klubuna transfer olundu -FOTO


Futbol üzrə Azərbaycan yığmasının üzvü Eddi İsrafilov İspaniyada klubunu dəyişib.

Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bundan sonra “Alkorkon”un şərəfini qoruyacaq. Bu barədə Sequnda Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2020-ci ilin iyununda başa çatacaq müqaviləyə imza atıblar.

Eddi mövsümün ilk yarısını Sequnda Liqanın digər təmsilçisi “Ximnastik”də keçirib. Son dövrlər bu komandanın əsas heyət üzvlərindən birinə çevrilməkdə olan İsrafilovun “Alkorkon”a transferi məhz bu üzdən bir qədər gözlənilməz olub.

Onu da qeyd edək ki, “Alkorkon” İspaniyanın nüfuzuna görə görə ikinci ən güclü çempionatında elə “Ximnastik” kimi qeyri-sabit çıxışı ilə seçilir. Hazırda “Ximnastik” 24 tura 28 xal toplayıb və 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıbsa, “Alkorkon” 29 xalla 16-cıdı.

İsrafilov karyerası ərzində daha öncə İspaniyanın “Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba” və “Kadis” klublarında da forma geyinib. O, Azərbaycan yığmasında 8 oyuna çıxıb.

 

Oxşar xəbərlər

İsrafilovun qolu “Albasete”yə qələbə qazandırdı - 2:1
Millimizin üzvü uğursuzlar arasında
Eddi İsrafilov yeni klubunda - FOTO
Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi
İsrafilov İspaniyada fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər