reklam
Rüstəm Qasımov Azərbaycan çempionu oldu
Sportfm.az xəbər saytı

Rüstəm Qasımov Azərbaycan çempionu oldu


Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.

Sportfm.az xəbər verir ki, körpücük üzərinə ən son 17 yaşadək oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.

Bu çəki dərəcəsində toplam 250 kiloqram (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kiloqram (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kiloqram (90+115) nəticə ilə Novruz Muxtarlı əldə ediblər.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet gücünü sınayır.

Oxşar xəbərlər

İkinci yarış gününə yekun vuruldu - Azərbaycan birinciliyi
Tehran Məmmədov Azərbaycan çempionu oldu
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Lənkəranlı atlet qızıl medala sahib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər