Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” – “Viktoriya” matçı türkiyəli hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – "Viktoriya” matçının hakimləri açıqlanıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də keçiriləcək qarşılaşması türkiyəli hakimlərə tapşırılıb. Bakıda baş tutacaq görüşü Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri kömək edəcək.
Qeyd edək ki, bu komandalar arasında Plzendə keçirilmiş görüşdə qapılara qol vurulmayıb - 0:0.
UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsinin cavab oyunu
2 avqust
20:30. "Qarabağ” - "Viktoriya”
Baş hakim: Hüseyin Göçek.
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz.
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə).
Hakim-inspektor: İqor Satkii (Moldova).
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oxşar xəbərlər
Urs və Sozza "Qarabağ"ın oyununa gələcək
Azərbaycan klubunun oyununda israilli hakimlər
"Qarabağ" - "Qöteborq" matçının hakimləri müəyyənləşdi
“Qarabağ” Çempionlar Liqasında mübarizəsini dayandırdı - VİDEO
“Qarabağ”ın “Viktoriya” ilə ilk oyununun hakimləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin