reklam
Sumqayıt yenə birincidir
Sportfm.az xəbər saytı

Sumqayıt yenə birincidir


Topaz Premyer Liqasının 24-cü turunun azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb. 2000 nəfər “Qarabağ”ın meydan sahiblərini minimal hesabla məğlub edərək çempionluğunu rəsmiləşdirməsinin canlı şahidi olub. 

Ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. “Səbail”lə “Kəpəz”in heç-heçəsini (1:1) cəmi 400 tamaşaçı izləyib. 

Digər oyunlardan 8-ci km stadionunda keçirilən “Neftçi” - “Qəbələ” matçında (1:0) 1500, “İnter Arena”da baş tutmuş “Keşlə” - “Zirə” qarşılaşmasında (2:1) isə 1000 tamaşaçı olub. 

Ümumilikdə turun 4 oyununu 4900 tamaşaçı stadiondan izləyib ki, bu da, hər oyuna orta hesabla 1225 azarkeş deməkdi.

Oxşar xəbərlər

27-ci turda 4910 tamaşaçı!
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər