İtkin düşmüş alpinistlər “Whatsapp”dan necə çıxa bilərlər? -AÇIQLAMA
Dekabrda itkin düşən alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə "Whatsapp" qrupundan çıxdığı görülüb.
Sportfm.az saytı metbuat.az-a istinadla bildirir ki, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, aparıcı Cəlalə Nəzəroğlu "Facebook" statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də "Whatsapp" qrupundan çıxdığı görülüb.
Məsələnin texniki izahını verən İKT Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, bu sırf telefonla və nömrə ilə bağlı məsələdir:
"Telefonda nömrə dəyişsə belə, "Whatsapp" işləyə bilər. Bu nöqteyi nəzərdən, ola bilər ki, kimsə onların telefonlarını tapıb. Yaxud da, həmin nömrənin yenisi çıxarılıb istifadə edilə bilər. Elə xidmətlər var ki, ondan uzun müddət istifadə etməyəndə birbaşa həmin şəxs çıxarılır. Lakin "Whatsapp" uzun müddət ondan istifadə etməyən şəxsləri birbaşa qrupdan çıxarda bilməz. Ola bilər ki, baş verən hadisə proqramın nasazlığı ilə bağlı olsun. Texniki hər bir şey başa verə bilər. Hər halda, bu, qəliz məsələdir. Necə olduğunu heç cür dəqiq deyə bilmərik".
Qeyd edək ki, "Gilavar" Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq - Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Oxşar xəbərlər
İtkin düşən alpinistlərin adı əbədiləşdirildi - FOTO
İtkin düşən alpinistin anası: Dedim salamat get, o da dedi ki...
Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? - Klub rəhbərinin cavabı
İtkin düşən alpinistlər ancaq Qubada axtarılmayacaq
Qubada itkin düşən 3 alpinistin axtarışına başlanıldı - Hadisə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası