"Zirə"nin oyununun videoyazısına baxıldı, vərəqə ləğv edildi
Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
Sportfm.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .
Topaz Premyer Liqasının XXVI turunun “Səbail” – “Zirə” matçının 33-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmışdı. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. İntizam Komitəsi bununla bağlı aşağıdakı qərarı qəbul edib:
Oyunun 33-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadzeyə göstərilmiş sarı vərəqə ləğv edilir.
Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Əvəzedici heyətlərin XXVI turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
Əvəzedici heyətlərin XXVI turunun “Kəpəz” – “Sumqayıt” matçının 13-cu dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Məmmədli Məhərrəm sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Oyunun 73-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Oxşar xəbərlər
"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələndi
Cavidin cəzası açıqlandı
Allahquliyev aqressiv davrandı, komandasını ziyana saldı
"Kəpəz" 2400 manat cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası