reklam
Şeydayev
Sportfm.az xəbər saytı

Şeydayev "Trabzonspor"da ilk qolunu vurdu - VİDEO


Türkiyənin "Trabzonspor" klubu  təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb. Sportfm.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi komanda Macarıstandakı hazırlıq prosesi çərçivəsində Avstriyanın 4-cü liqa təmsilçisi "Gerasdorf"la qarşılaşıb.

Oyun 6:1 hesabı ilə "Trabzonspor”un xeyrinə başa çatıb. Ramil meydana start heyətində çıxıb və oyunu əvəzlənmədən keçirib. sonadək mübarizə aparıb. Matçın sonlarında fərqlənən Şeydayev komandasının axırıncı qoluna imza atıb. 
 
Qeyd edək ki, Şeydayev bir müddət öncə AFFA-ya müraciət edərək Azərbaycan yığma komandasında oynamaq istədiyini bildirib. Hazırda FİFA-nın bu məsələ ilə bağlı hansı qərarı verəcəyi gözlənilir.
 

 

Oxşar xəbərlər

Axır ki, Ramil Şeydayev qol vurdu - Türkiyə 1-ci Liqası
Şeydayev ruslara qarşı oynadı
Şeydayevin işi düyünə düşdü, "Trabzonspor"da məşqlərə qatıldı!
"Trabzonspor"dan Ramil Şeydayevə jest - FOTO
Ramil Şeydayev ilk məşqinə çıxdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər