Türkiyə çempionu olacaq komanda nə qədər gəlir əldə edəcək? -Dəhşətli rəqəmlər
Futbol üzrə Türkiyə Super Liqası yavaş-yavaş finiş xəttinə yaxınlaşır.
Sportfm.az xəbər verir ki, Azərbaycandada yaxından izlənən qardaş ölkənin çempionatında bu mövsüm misli görünməyən gəlirlər əldə ediləcək. Belə ki, Türkiyə Super Liqasını qalib kimi başa vuracaq komanda kassasını dolduracaq. 34 turdan sonra birinci olacaq klub birbaşa Çempionlar Liqasına qatıldığı üçün 80 milyon manat qazanacaq. Üstəlik, turnir cədvəlində ilk sıranı tutan komanda bonus olaraq 12 milyon manat əldə edəcək. Bu mövsüm qalibiyyətə görə 2.2, bərabərliyə görə isə 1.1 milyon avro qazanan çempion sezon sonunda təxminən 25 milyon manat götürəcək. Bunun üzərinə yayım hüququndan gələn 40 milyon manatı da ələvə etmək lazımdı. Bilet və forma satışı, reklam və digər gəlirlər isə təxminən 26 milyon manat təşkil edəcək. Bu isə o deməkdir ki, Türkiyə çempionu olacaq komanda 100-110 milyon dollar qazanacaq.
Oxşar xəbərlər
"Qarabağ" hesabat verdi - 3 milyondan çox zərər
AFFA-nın gəlirləri açıqlandı - 5 milyon
AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı - SİYAHI
Qurban Qurbanov nə qədər pul qazandıra bilər?
Azərbaycan klubu Çempionlar Liqasında qrupa düşsə, nə qədər qazanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası