reklam
Azərbaycanlı portuqaliyalıların matçında
Sportfm.az xəbər saytı

Azərbaycanlı portuqaliyalıların matçında


FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun məlum olub. 

Sportfm.az xəbər verir ki, o, B qrupunda baş tutacaq Portuqaliya - Norveç matçında iş başında olacaq. Bu matçın baş hakimi hollandiyalı Dennis Hiler olacaq. Digər yan xətt hakimi isə Farer adalarını təmsil edən Dan Petur Pauli Hoyqard olacaq. 4-cü hakim funksiyasını isə şimali irlandiyalı Keit Kennedi yerinə yetirəcək. 

Oyun mayın 4-də baş tutacaq və bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Matç "Uolsoll" klubunun stadionunda keçiriləcək. 

Qeyd edək ki, İngiltərədə keçirilən Avropa çempionatı mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanlı hakimlər Avropa çempionatına təyinat aldılar
Azərbaycanlı hakim Avropa çempionatının matçına təyinat aldı
Azərbaycanlı hakim Belçika - İspaniya oyununa təyinat aldı
Məmmədov İsveçrə - İngiltərə matçına təyinat aldı
Azərbaycanlı hakim İspaniyanın matçında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər