
UEFA milli komandamızı cəzalandırdı
UEFA bu ilin may ayında Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan Avropa çempionatında keçirilən Azərbaycan – Belçika oyununda qeydə alınan xoşagəlməz halla bağlı qərar qəbul edib. Sportfm.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət ediblər.
UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırıb və AFFA-dan məsələyə münasibət bildirməsini tələb edib. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilib, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunub.
Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan "No to Racism” (Rasizmə yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, "Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları oyununda icra olunacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Bəxtimiz gətirdi, 3 itkiləri var 20.03.2023, 22:11
Murad Musyaevin yerinə onu gətirdilər - Dəyişiklik 20.03.2023, 21:57
Millimizin heyəti məlum oldu - Dünya birinciliyi 20.03.2023, 21:52
"Fənərbaxça"nı keçdi, postundan qovuldu 20.03.2023, 18:23
Emrelinin durumu açıqlandı 20.03.2023, 18:21
Donald Geryeni yenidən "Qarabağ" forması ilə görəcəyik - Özü təsdiqlədi 20.03.2023, 17:39
11 illik sindrom qırıldı 20.03.2023, 16:09
4 kişi 1 qadın Ermənistana gedəcək - Avropa çempionatı 20.03.2023, 15:48
"Qarabağ"-"Qalatasaray"" matçından bir gün öncə "Neftçi" meydana çıxacaq 20.03.2023, 15:46

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |