Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Topaz Premyer Liqa: Püşk atıldı
İyulun 26-da Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Sportfm.az xəbər verir ki, tədbir saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunub.
Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurum rəsmiləri, klub nümayəndələri və jurnalistlər iştirak ediblər. Qarşıdakı mövsümdə Premyer Liqamızda 8 klub iştirak edəcək və yenə 4 dövrədən ibarət mübarizə olacaq. Tədbirdə çempionatın startının tarixi də açıqlanıb. Mövsümə avqustun 6-da start veriləcək. Həmin gün başlayacaq ilk tur ayın 7-də yekunlaşacaq.
Püşkün nəticəsinə əsasən, birinci turda aşağıdakı oyunlar keçiriləcək:
"Qarabağ” (Ağdam) - "İnter” (Bakı)
"Qəbələ” (Qəbələ) - "Kəpəz” (Gəncə)
AZAL (Bakı) - "Neftçi” (Bakı)
"Zirə” (Bakı) - "Sumqayıt” (Sumqayıt)
Oxşar xəbərlər
Gənclər Liqasının və U-17 Liqasının püşkü atıldı
Qələbəyə həsrət "Neftçi" və qol vurmadan meydanı tərk etməyən ağdamlılar
Premyer Liqada ilk turun cütləri müəyyənləşdi
"Şahdağ” klubu Zaqatalaya yollanır
Debütantsız yubiley, ilk “səkkiz”lik, “Qarabağ”ın ulduz arzusu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası