"Fənərbaxça"ya veriləcək cəza məlum oldu
Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” oyunu meydan sahibi azarkeşlərin qalmaqal yaratmasına görə təxirə salınıb.
Sportfm.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının “sarı lacivərtlilər”ə verəcəyi cəza bəlli olub.
Belə ki, federasiya “Fənərbaxça”ya 0:3 hesablı məğlubiyyət verəcək.Türkiyə Superliqası nizamnaməsinə görə təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyi təmin edə bilməyən tərəfə texniki məğlubiyyət verilməlidir: “Əgər təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyə cavabdeh olan tərəfə texniki məğlubiyyət verilməlidir. İntizam Komitəsi səbəbi araşdıraraq həmin komandanı növbəti mövsüm üçün eyni turnirdən xaric edə bilər”.
Xatırladaq ki, ilk matç 2:2 hesabıyla nəticələnib.
Oxşar xəbərlər
Türkiyə Super Liqasının matçı təxirə salındı - Terror hadisəsinə görə
İki kluba texniki məğlubiyyət verildi - Çempionlar Liqası və Avropa Liqası
6 komandaya texniki məğlubiyyət verildi
“Beşiktaş”a texniki məğlubiyyət verildi
Derbinin yeni faktları ortaya çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası