Mahmud Qurbanov "Neftçi"də?AÇIQLAMA
Robert Prosineçkinin Azərbaycan milli komandasından gedişindən sonra yığmadan ayrılan Mahmud Qurbanovun işsiz günləri davam edir. Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən veteran futbolçunun adı "Neftçi" ilə hallanır. Hazırda məcburi istirahətdə olan mütəxəssisin paytaxt klubunda aşağı yaş qruplarından ibarət komandaların birində baş məşqçi ola biləcəyilə bağlı iddialar ortaya atılıb.
Sportal.az saytına açıqlama verən illərin təcrübəsi dedi-qodulara münasibət bildirib:
"Sakitçilikdir, təkliflər yoxdur. "Neftçi" iddiaları haqda isə məlumatlı deyiləm. Belə xəbərlər hər zaman olur. Ancaq konkret təklif gəlməyəndən sonra nə danışa bilərəm? Mənə təklif gəlməyib. Bu məlumatlar şayiədən başqa bir şey deyil".
Oxşar xəbərlər
Mahmud Qurbanov istefa verdi
"Neftçi"də yerli futbolçular zəif deyillər" - Mahmud Qurbanov
Millidə işləməkdən imtina edən Yunis Hüseynov:"Serbiyalı mütəxəssisin gəlişini düzgün hesab etmirəm"
Mahmud Qurbanov: "Necə razılıq ola bilər ki, mənim məlumatım olmasın?"
"Prosineçkinin beyni kompüterdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası