Velosiped yarışlarına 200-dək şagird qatıldı -FOTO
Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə başlanılıb.
Sportfm.az xəbər verir ki, Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışlara bu rayon üzrə 32 məktəbdən 200-dək şagird qatılıb. Yarışın nəticəsinə əsasən birinci yerə 29, ikinci yerə 138 və üçüncü yerə 17 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Qaliblərə kubok və diplomlar təqdim olunub.
Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə dörd mindən çox məktəblinin qatılacağı gözlənilir.
Yarışlar Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2018-ci il iyunun 5-dən 9-dək Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.
Oxşar xəbərlər
2018-ci ildə yüksək nəticə qazanmış idmançılar və məşqçilər mükafatlandırıldı - FOTOLAR
Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul etdi
Velosiped idmanında gender bərabərliyi
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Respublika Velotrekində festival keçirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası