reklam
Yığmamızın daha bir rəqibi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Yığmamızın daha bir rəqibi müəyyənləşdi


Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. 

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl - iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək. 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, milli komandamız mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama görüşü keçirəcək.

Oxşar xəbərlər

Millimizin daha bir rəqibi bilindi - Yoldaşlıq oyunu
Qazaxıstan – Azərbaycan oyunu yeri məlum oldu - Astana Arena
Millimiz Macarıstan yığması ilə qarşılaşacaq
Şərqi avropalılar Bakıya gəlir
Millimiz Qazaxıstanla oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər