reklam
Maradona:
Sportfm.az xəbər saytı

Maradona: "Milli komandanı havayı da çalışdıraram"


Diyeqo Maradona Argentina millisinin baş məşqçisi olmaq istəyir. 2016 Amerika kubokundan sonra Xerardo Martino öz köməkçiləri ilə istefaya getdikdən sonra millini kimin çalışdıracağı qeyri-müəyyəndir. Goal.az əbər verir ki, 55 yaşlı Maradona məvacib ödənilmədən belə milli komandanın sükanı arxasına keçməyə hazır olduğunu bildirib. "Simeone maliyyə səbəblərindən Argentina millisində işləməkdən imtina etdi. Amma mənim üçün pul problem deyil. Milli komandanı havayı da çalışdıraram. Bir çox insanlar ödənişli məşqçi olduğumu düşünür. Bəs, Mouinyo, Ançelotti və ya Simeone necə olsun? Bu məşqçilərlə müqayisədə nə dərəcədə ödənişli olduğumu bilmirəm. Məşqçilik etmək üçün darıxıram. Futbolçularla işləmək, mətbuatla konfliktlər üçün darıxıram".

Qeyd edək ki, Maradona 2008-2010-ci illərdə Argentina millisində baş məşqçi işləyib. CAR mundialının 1/4 final mərhələsində onun komandası almanlara 0:4 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. 2011-ci ildə BƏƏ-nin "Al Wasl" klubunu çalışdıran Maradona 2012-ci ilin iyulundan işsizdir.

Oxşar xəbərlər

Maradonanın “qızıl top”u satışa çıxarılır
Maradona fikrini dəyişdi
Maradona baş məşqçi vəzifəsindən istefa verdi
Maradona: "Messi lider olmaq istəmir"
Martino Argentina millisində qalacaqmı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər