reklam
Maradona fikrini dəyişdi
Sportfm.az xəbər saytı

Maradona fikrini dəyişdi


Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I Divizionunda çıxış edən "Əl-Fucayra" komandasının baş məşqçi postundan işini davam etdirəcək.

Sportfm.az xəbər verir ki, 57 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb.

Aprelin 28-də Maradonanın komandanı yüksək liqaya çıxara bilmədiyi üçün istefa verdiyi bildirilirdi. Lakin o, postunda qalaraq, sözləşməsinin müddətini uzadıb. 

"Əl-Fucayra" "Hatta" komandası ilə yüksək diviziona vəsiqə uğrunda mayın 9-da və 13-də "pley-off" oyunları keçirəcək. 

Qeyd edək ki, Dieqo Maradona ötən ilin mayından "Əl-Fucayra"ya rəhbərlik edir. O, 2008 - 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.

Oxşar xəbərlər

Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradona ilə bir illik müqavilə imzalandı
Dieqo Maradona millinin təklifini rədd etdi
Maradona baş məşqçi vəzifəsindən istefa verdi
Əfsanəvi Maradonanın yeni iş yeri məlum oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər