reklam
Sportfm.az xəbər saytı

"Samir Abasov bir az səbrli olsa, daha yaxşı olar"


"Sumqayıt"ın kapitanı Fərhad Vəliyev ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Keşlə"yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportfm.az xəbər verir ki, təcrübəli qolkiper əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Çempionatın son turunun "Neftçi" ilə oyunundan sonra komandamızda yorğunluq hiss olunurdu. İlk hissədə "Keşlə" bizdən üstün oynadı. Amma qapımızı toxunulmaz saxladıq. İkinci hissədə də qol buraxmaya bilərdik. Lakin 90-cı dəqiqədə cərimə zərbəsindən sonra rəqib hesabı açmağa müvəffəq oldu. Uduzsaq da, əlimizi yanımıza salmırıq. Cavab görüşündə mərhələni keçməyə çalışacağıq.

Buraxdığınız qolu necə şərh edərdiniz? Sanki zərbənin hansı istiqamətə vurulacağını bilirdiniz...

- Rəqibin həmin istiqamətə zərbə endirəcəyini və ya ötürmə verə biləcəyini gözləyirdim. Mövqeyimi də seçmişdim. Lakin zərbə çox güclü idi. Topu qaytarmaq üçün əlimdən gələni etsəm də, dəf edə bilmədim.

Çempionatda inamlı çıxış etsəniz də, kubok matçında "Keşlə"nin qapısına doğru normal zərbəniz belə olmadı...

- Ola bilsin, bu, yorğunluqdan irəli gəlir. Çünki 3 gündən bir oyunlar keçiririk. Əsas heyətimizin 3-4 oyunçusu da bu gün çıxış etmirdi. Bəziləri zədəli, bəziləri cəzalı idi. Doğma meydanda qələbə qazanıb mərhələni keçməyə çalışacağıq.

- Qol epizodunda etdiyiniz səhv sizdə inamsızlıq yaratmır?

- Qolda səhvim yox idi. Yenə deyirəm, güclü zərbə idi. Qarşısını almaq üçün əlimdən gələni etdim, amma alınmadı.

Komandanız daha çox 5 müdafiəçi ilə oynayır. Bu gün isə meydana 4 müdafiəçi ilə çıxmışdınız. Bəlkə məhz bu amil "Sumqayıt"ın oyununa təsir göstərdi?

- Çoxdandır 4 müdafiəçi ilə oynamırdıq. Amma baş məşqçi komandanı istənilən taktika ilə oynada bilər. Futbolçular buna hazır olmalıdır. Ola bilsən ki, taktiki dəyişikliklər də oyunçulara təsir etsin.

0:1 hesabı sizin üçün heç də yaxşı nəticə deyil. Çünki evdə 1 qol buraxsanız, 3 top vurmaq məcburiyyətində qalacaqsınız...

- İnanırıq ki, finala vəsiqə qazanacağıq. Sona kimi mübarizə aparacağıq. Səfərdə uduzsaq da, hələ evdəki matçımız qalıb. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq. Qol vurub mərhələni keçə bilərik.

Baş məşqçiniz Samir Abasovun hakimlərə kəskin etirazı barədə nə deyə bilərsiniz?

- Çılğın məşqçidir. Ona səbrli olmağı tövsiyə edirəm. Hakim də səhv edə bilər. Bir az səbrli olsa, daha yaxşı olar. Emosionallıq içindən gəlir. Özünü saxlaya bilmədi.

Baş məşqçinin texniki zonada olmamağı cavab qarşılaşmasına təsir edə bilərmi?

- Texniki zaonada olsa, əlbəttə, daha yaxşı olardı. Ancaq digər tərəfdən, o, məşqçilik kurslarıyla əlaqədar ölkə xaricində olanda kubokda "Qarabağ"ı məğlub etdik. Digər məşqçilərimiz - Seymur Rəhimovla Vəfadar Quliyev bizə öz tövsiyələrini verəcəklər. (goal.az)

Oxşar xəbərlər

"Hansı yola çıxdığımızı bilirik" - Ayxan Abbasov
""Sumqayıt"a güclü komanda kimi baxmağa başlayıblar" - Samir Abbasov
Emin Mahmudov: Oynamaq daha asan oldu
Mirabdulla Abbasov: Uduza da bilərdik
"Əlimizə düşən şansdan maksimum istifadə etdik" - Bəxtiyar Həsənalızadə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər