reklam
Hidayət Heydərov Qran-Pri turnirində yarımfinala vəsiqə qazandı
Sportfm.az xəbər saytı

Hidayət Heydərov Qran-Pri turnirində yarımfinala vəsiqə qazandı


Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran-Pri turnirində yarımfinala vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb. 

O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib.

Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim An ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması Qran-Priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib. Turnirə aprelin 8-də yekun vurulacaq.

Oxşar xəbərlər

Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Hidayət Heydərov qızıl medal qazandı - Qran-Pri
Hidayət Heydərov israilli cüdoçu ilə üz-üzə - Qran-Pri turniri
Cüdoçumuz finalda!
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər