reklam
Hidayət Heydərov israilli cüdoçu ilə üz-üzə -
Sportfm.az xəbər saytı

Hidayət Heydərov israilli cüdoçu ilə üz-üzə -Qran-Pri turniri


Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.

73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

73 kq

1/16 final. Hidayət Heydərov - Yonatan Elbaz (İsrail)

90 kq

1/8 final. Məmmədəli Mehdiyev - Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi

 

Oxşar xəbərlər

Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Hidayət Heydərov Teo Riquinə qarşı - Böyük Dəbilqədə mübarizə başlayır
Azərbaycan cüdoçularının ilk rəqibləri - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu finala yüksəldi - Qran-pri
Hidayət Heydərov qızıl medal qazandı - Qran-Pri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər