reklam
Ceyran, Leysan və Vüqarın digər çağırdıqları -
Sportfm.az xəbər saytı

Ceyran, Leysan və Vüqarın digər çağırdıqları -Yığmamızın heyəti məlumdur


Qadın voleybolçulardan ibarət yığmamız aprelin 5-dən 10-dək Bakıda keçiriləcək birinci Türk Universiadasında çıxış edəcək.

Sportfm.az xəbər verir ki, baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında yarışa qatılacaq millimizin heyəti açıqlanıb.

Heyətdə Odina Bayramova, Ceyran İmanova, Mariya Kirilyuk, Viktoriya Ağakişiyeva, Leysan İyovkina, Anastasiya Bessonova, Kseniya Pavlenko, Leyla Parşkova, Şəfaqət Alışanova, Yana Əzimova, Bəyaz Əliyeva və Yekaterina Jidkova yer alıblar.

Komandamız aprelin 8-də Qırğızıstan, bir gün sonra isə Türkiyə ilə üz-üzə gələcək. Hər iki görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

Türk Universiadasında kişi voleybolçulardan ibarət yığmamız da qüvvəsini sınayacaq. Onların rəqibləri Türkiyə voleybolçuları olacaqlar. Komandalar arasında ilk qarşılaşma aprelin 7-də, ikinci oyun isə ertəsi gün keçiriləcək. Matçlar saat 15:00-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan millisinin heyəti məlum oldu - Qızıl Avropa Liqası
Millimizin Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlandı
Yığma komandamızın yekun heyəti məlum oldu
Millimizin heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər