Onlar hər oyuna motivasiya ilə çıxmasalar… - Qurban Qurbanov
Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Kəpəz”i məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son oyunlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram
- Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədi?
- Yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı lazım bilmədim.
- Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?
- O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdı.
- Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...
- O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.
- Artıq ən yaxın izləycinizi bir xeyli qabaqlayırsız. Bu, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik törətməyəcək ki?
- Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.
- Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib.
- Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.
- Sanki komandada Ndlovunun yeri görünür.
- Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odu ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadı.
- Yayda hansı mövqeni gücləndirmək istəyirsiz?
- Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var. (Komanda.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |