• 20:53 Şənbə
    6 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Hücum xəttindən razı qala bilmərəm" - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Keşlə”yə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportfm.az xəbər verir ki, Əhmədov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Komanda çox istəkli idi. Onların itirəcək heç nəyi yox idi. Onlar bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Buna görə, bir qədər sərbəstdilər. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üz istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq.

“Neftçi”yə hər iki qol başla vuruldu. Sizcə, “ikinci mərtəbə” komandanın ən zəif cəhəti deyil ki?

- Standart vəziyyətlər həmişə çətin olur. Tək bizim üçün yox, hamı üçün belədi. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidirsə, səndən daha yaxşı nəticə qazanacaq.

Daha çox Mirabdulla Abbasova etiraz edirdiniz. Ümumiyyətlə, hücum xəttindən razısınız?

- Son oyunlarda qalib gəlsək də, qolları yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınçılıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm.

Ruslan Abışov Vaqif Cavadova təpik atdığı epizoddan sonra iki futbolçu arasında gərginlik yaşandı. Daha sonra siz də məsələyə müdaxilə etdiniz...

- Vaqif futbolçudur. O, mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudur. Danışmaq nəyə lazımdır? Mən niyə onunla dava etməliyəm? Mən ona artıq-əksik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Əsas budur. Bir də deyirəm, mən ona artıq-əksik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim.

Düşünmürsünüz ki, “Neftçi”nin oyunçuları bu gün bir qədər aqressiv idi. Xüsusilə, Derlis Meza Kolli çox aqressiv görünürdü...

- Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdı. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var. (report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-04-2018
305
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
8-12-2019
"10 azərbaycanlı ilə oynayacam" - Jelko Sopiç
9-11-2019
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur"
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
2-08-2019
"Onların növbəti mərhələlərdə də yaxşı şansı var"
24-02-2019
Roberto Bordin:
Roberto Bordin: "O, əl-qolla danışmağa başladı"
31-10-2018
Tərlan Əhmədov:
Tərlan Əhmədov:"Bu insanı kiçildir"
23-09-2018
"Keşlə"də baş məşqçi mənə haqsızlıq etdi" - Adrian Skarlatake
20-05-2018
"Qərar səhv olsa belə, ona hörmət edirəm" - Tərlan Əhmədov
28-04-2018
"Final matçında sürpriz edə bilməyəcəyik" - Yuri Maksimov
22-04-2018
Tərlan Əhmədovdan
Tərlan Əhmədovdan "Forza Neftçi"yə ismarıc: Yaxşı gündə olduğu kimi, pis gündə də komandanın yanında olmaq lazımdı
15-04-2018
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
9-04-2018
Mirabdulla Abbasov:
Mirabdulla Abbasov: Uduza da bilərdik
2-04-2018
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
2-04-2018
Samir Əliyev:
Samir Əliyev: Klub rəhbərliyi də bilir ki...
15-09-2017
Tərlan Əhmədov:
Tərlan Əhmədov:"Qlobal dəyişiklik edə bilmərəm"
  Xəbər Lenti
"Zirə"də yeni oyunçu - RƏSMİ 6.03.2021, 20:26
"Turan Tovuz"dan bərabərlik, "Qaradağ Lökbatan" qələbə qazandı - I Divizion 6.03.2021, 18:34
Rüstəm Orucov bürünc medal qazandı - Böyük Dəbilqə 6.03.2021, 17:30
"Keşlə" “Qarabağ”a qarşı - I Divizion 6.03.2021, 16:31
XX turun oyun cədvəli - Azərbaycan Premyer Liqası 6.03.2021, 15:54
“Fənərbaxça” səfərdə oynayacaq - VİDEO 6.03.2021, 15:12
Qədirzadə debüt etdi - Gürcüstan liqasında 6.03.2021, 14:47
Azərbaycanda oynamış futbolçu dünyasını dəyişdi – 49 yaşında 6.03.2021, 14:11
“Mançester Siti” “Mançester Yunayted”ə qarşı - Premyer Liqa 6.03.2021, 13:43
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
17-02-2021
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə”də 15 cüdoçumuz mübarizə aparacaq
11-02-2021
“Sevilya” – “Barselona” 2:0 -
“Sevilya” – “Barselona” 2:0 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb