reklam
Çempionlar Liqası: Daha 8 komanda növbəti mərhələyə yüksəldi
Sportfm.az xəbər saytı

Çempionlar Liqası: Daha 8 komanda növbəti mərhələyə yüksəldi


Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Sportm.az saytının məlumatına görə, cavab matçları çərçivəsində 8 qarşılaşma baş tutub. Bu oyunlarla III təsnifat mərhələsinin son iştirakçıları bəlli olub. Azərbaycan çempionu "Qarabağ” Lüksemburqda "Düdelanj”la bərabərə qalsa da, ilk oyundakı qələbə sayəsində mərhələ adlayıb. Təmsilçimizlə yanaşı, "Astana", "Rusenborq", "Partizani", "Trençin", "Seltik", Zaqreb "Dinamo"su və "Dandalk" adını növbəti mərhələyə yazdırıb.
 
Qeyd edək ki, cavab oyunları dünən keçirilən 9 matçla start götürüb.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunlar
20 iyul

"Astana” (Qazaxıstan) - "Jalgiris” (Litva) - 2:1
Qollar: Marin Aniçiç, 31; 90+5 - Elivelto, 57
İlk oyun - 0:0
 
"Düdelanj” (Lüksemburq) - "Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: N`Diaye, 72 - Reynaldo, 90+4
İlk oyun - 0:2 
 
"Norçepinq” (İsveç) - "Rusenborq” (Norveç) - 3:2
Qollar: Andersson, 57; 77; Nyman, 59 - Gytjaer, 36; Lanlay, 55 
İlk oyun - 1:3
 
"Ferensvaroş” (Macarıstan) - "Partizani” (Albaniya) - 1:3 (penaltilər seriyası)
Qollar: Gera, 14 - Husinq, 40 (öz qapısına) 
İlk oyun -1:1
 
"Trençin” (Slovakiya) - "Olimpiya” (Sloveniya) - 2:3
Qollar: Janqa, 13; Bero, 20 - Kelhar, 41; 79; Eleke, 45
İlk oyun - 4:3
 
"Seltik” (Şotlandiya) - "Linkoln” (Cəbəllütariq) - 3:0
Qollar: Lustiq, 23; Griffits, 25; Roberts, 29
İlk oyun – 0:1
 
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Vardar” (Makedoniya) - 3:2
Qollar: Pyaça, 55; 70 (pen); Maçado, 79 -   Velkovski, 39; Şildenfeld, 62 
İlk oyun – 2:1
 
"Hafnarfyordur” (İslandiya) - "Dandalk” (İrlandiya) - 2:2
Qollar: Hevson, 19; Finnbogasson, 78 - McMilan, 52; 62
İlk oyun - 1:1

Oxşar xəbərlər

1-ci təsnifat mərhələsinə yekun vuruldu - Çempionlar Liqası
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vuruldu - Nəticələr
BATE və “Rusenborq”da "Qarabağ"ın aqibətini yaşadı
Çempionlar Liqası: “Fənərbaxça” qalib gəldi, “Astana” üstünlüyü əldən verdi
Çempionlar Liqasında gecənin nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər