Rəşad Sadıqov niyə getmək istəmir?
21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü Hissə" verilişinin qonağı olub.
Sportfm.az xəbər verir ki, müdafiəçi karyerası ilə bağlı bir maraqlı məqamlara aydınlıq gətirib. O, milliyə qayda biləcəyi ilə bağlı məsələyə belə münasibət bildirib:
"Hər zaman səmimi olmağa çalışmışam. Qurban Qurbanov milliyə yeni təyin olunanda aramızda belə söhbət oldu. O, mənə yığmaya qayıtmağımı təklif etdi. Qurban müəllimə dəvətə görə, təşəkkür etdim və bildirdim ki, qərarımı vermişəm. Aramızda təxminən 10 dəqiqəlik söhbət olmuşdu. Düzü, indi səfərdən qayıdandan Qurban müəllimlə görüşə bilməmişəm. Fikir versəz, o deyib ki, "Lazım gəlsə, Rəşad Sadıqovu milliyə qaytaracağıq". Mən öncə də demişəm ki, vəziyyət çox pis olsa, stopper olmasa, hər kəs cəzalı, zədəli olsa, kömək edərəm. Yaxın vaxtlarda belə bir şeyin baş verəcəyinə inanmıram. İndi bu məsələ gündəmdə deyil. Bədavi Hüseynov da bərpa dövrü keçir, bir azdan yaşıl meydanlara qayıdacaq. Qurban müəllimin əlində çoxlu variantlar olacaq və bu söhbətə də ehtiyac yaranmayacaq".
"Qarabağ"ın kapitanı mövsümün sonunda futbolçu karyerasını başa vurmayacağını da bildirib:
"Daha bir il də oynamaq istəyirəm. Hər hansı zədə olmasa, gələn mövsüm də meydanlarda olacam".(komanda.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |