reklam
Araz Abdullayev danışa bilməyəcək -
Sportfm.az xəbər saytı

Araz Abdullayev danışa bilməyəcək -İnsidentlə bağlı


Azərbaycan milli komandası ətrafında yaşanan xoşagəlməz insidentlə bağlı daha bir fakt ortaya çıxıb.

Sportfm.az xəbər verir ki, yuxuya qalması üzündən cəzalanan Elvin Yunuszadə Araz Abdullayev cütlüyündən birincisi heyətdən kənarlaşdırılıbsa, digərinə sərt qadağa qoyulub.

Belə ki, Kiprin "Anortosis" klubunda çıxış edən yarımmüdafiəçiyə mətbuat xidməti tərəfindən müsahibə və ya açıqlama vermək qadağan olunub.

Bu da Arazın insidentlə bağlı hər hansı fikir bildirməsinin qarşısını almağa xidmət edir. Abdullayevə baş verən hadisəylə bağlı sualın olmaması şərtilə icazə verilib. Bunu yarımmüdafiəçinin özü ondan müsahibə almağa cəhd edən həmkarlarımıza bildirib.

Qeyd edək ki, Abdullayev və Yunuszadənin adı Belarusla martın 23-də keçirilən yoxlama oyununun protokoluna daxil edilməmişdi. Bu, onların intizam qaydalarını pozması ilə izah olunub. Sonradan Elvin heyətdən kənarlaşdırılsa da, Araz komandada saxlanılıb. Böyük ehtimalla susması şərtilə.(apasport.az)

Oxşar xəbərlər

Araz Abdullayev “Sumqayıt”da - RƏSMİ
Qurban Qurbanov iclasa gecikən futbolçu ilə bağlı qərarını verdi
Qurban Qurbanov niyə Elvini cəzalandırdı, Arazı bağışladı? – SƏBƏB
Qurban Qurbanov "Qarabağ"ın futbolçusunu millidən qovdu
Araz Abdullayev və Elvin Yunuszadə niyə cəzalanıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər