reklam
Renat Rüfətin yanına getdi
Sportfm.az xəbər saytı

Renat Rüfətin yanına getdi


Azərbaycan milli komandasının üzvü Renat Dadaşov "Ayntraxt"dan ayrılıb. İntizamsız davranışlarına görə komandadan uzaqlaşdırılan futbolçuya azad agent statusu veriləcək. 

Sportfm.az xəbər verir ki, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo”sunun düşərgəsindədi. O, formasını qorumaq üçün Regional Liqanın Şimal-Şərq zonasında mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.  

Renatın yaxın vaxtlarda yerli klublardan biri ilə müqavilə imzalayacağı gözlənilir.  

Qeyd edək ki, millimizin futbolçusu komanda yoldaşını döydüyü, baş məşqçini isə təhqir etdiyi üçün "Ayntraxt"dan kənarlaşdırılıb. 

Oxşar xəbərlər

Millimizin üzvünə yiyə duran yoxdur
Azərbaycanlı futbolçu klubunu dəyişdi - FOTO
"Renat çox yüksək keyfiyyətlərə malik futbolçudu"
Azərbaycanlı futbolçuya Almaniya klublarından təklif var
Renat kimə lazımdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər