reklam
Türkiyədəki hərbi çevrilişə cəhhdə futbol izi...FOTO
Sportfm.az xəbər saytı

Türkiyədəki hərbi çevrilişə cəhhdə futbol izi...FOTO


Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib. Sportfm.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət yan xətt hakimi funksiyasını yerinə yetirmiş Murat Dağlı adlı şəxs hərbi çevrilişə cəhddə iştirak edib.  Dağlı ölkə prezidenti Rəcəp Tayyip Ərdoğanın Mərmərədə qaldığı oteldə əməliyyat keçirən helikopterin pilotu olub. Polkovnik-leytenant rütbəli pilot "Sikorski" markalı helikopteri idarə edib. Sabiq hakimin rütbəsi sökülüb və o, həbs olunub.  Qeyd edək ki, əslən Diyarbəkirdən olan Murat Dağlı 2000 - 2003-cü illərdə Türkiyə Super Liqası qarşılaşmalarına təyinat alıb.

Oxşar xəbərlər

Hərbi çevrilişə cəhd "Qalatasaray"ı "vurdu"
“Barselona”dan Türkiyədəki futbolçuları ilə bağlı açıqlama
Türk klubları meydana nə ilə çıxacaq?
Türkiyədəki hərbi çevrilişdən Fransa klubu zərər gördü...
Türkiyədəki hadisələrə görə ulduz futbolçu səfərini təxirə saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər