
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Barselona”dan Türkiyədəki futbolçuları ilə bağlı açıqlama
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Antalyada futbol ulduzlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan xeyriyyə oyunu təxirə salınıb. Qol.az-ın xəbərinə görə, bu matç "Antalyaspor”un futbolçusu Samuel Eto’onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməli idi. Lakin təhlükəsizliyə görə matçın başqa vaxtda oynanılmasına qərar verilib. Bu matçda "Barselona”nın bir necə hazırkı və sabiq futbolçusunun da iştirakı nəzərdə tutulurdu.
Məsələ ilə əlaqədar klubun rəsmi Tvitter səhifəsi açıqlama yayıb. Açıqlamada bildirilir ki, "Barselona”nın sabiq futbolçusu Samuel Eto’ tərəfindən təşkil edilən matçın heyətində yer alan Lionel Messi və Andres İnyesta hazırda İspaniyadadırlar: "Oyunçumuz Arda Turan, eks futbolçularımız Karles Puyol, Deko, Erik Abidal isə Türkiyədə, hadisələrin yaşandığı bölgəldən daha uzaq bir yerdədilər və təhlükəsizlikləri üçün problem yoxdur. Onlar klubumuzla daim əlaqə saxlayırlar”.
Oxşar xəbərlər
Samuel Etoya görə FİFA-ya müraciət olundu
"Bizdən bir də olmayacaq" - Andres İnyesta
Türkiyədəki hərbi çevrilişdən Fransa klubu zərər gördü...
Türkiyədəki hadisələrə görə ulduz futbolçu səfərini təxirə saldı
Türkiyə prezidenti Neymar və Messi ilə futbol oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin