Formula 1 yarışları Çində uzun müddət yayımlanacaq
Formula 1 yarışlarının yeni mövsümünün başlanmasına bir neçə gün qalmış “Liberty Media” Çinin dövlət teleşirkəti – CCTV ilə böyük müqavilə imzalandığını elan edib.
Sportfm.az xəbər verir ki, CCTV yüz saatdan çox birbaşa yayım hüququ satın alıb.
Formula 1 yarışlarının inkişaf strategiyası məsələləri üzrə direktoru Yan Qanqakumaran deyib: “Çin Formula 1 üçün əsas bazardır. Bizim azarkeşlər auditoriyasını xeyli artırmaq üzrə geniş planlarımız var. CCTV ilə müqavilə sayəsində əhatə dairəsinin genişləndirilməsi planımızın mühüm tərkib hissəsidir. Bundan əlavə, biz Çində yarışların təbliğini genişləndiririk. Qran-Pri ərəfəsində Şanxayda ilk dəfə azarkeşlər üçün festival keçirəcəyik. Yaxın aylarda biz Çində inkişaf strategiyamız barədə daha ətraflı informasiya təqdim edəcəyik”.
Oxşar xəbərlər
Qran-pridə ikinci gün başlayır - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
Formula 1-in Azərbaycana gətirdiyi gəlir açıqlandı
Formula 1 Almaniya Qran-Prisi təqvimə qayıdacaq
Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası