Sadıq Sadıqov: "Neftçi" super idi
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdən sonra Cüdo Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Federasiya rəsmisi qarşıda duran əsas vəzifənin Bakıda keçiriləcək Dünya Çempionatına hazırlıq olacağını bildirib. Vaxtilə "Neftçi"nin prezidenti olan Sadıq Sadıqov klubun son çıxışı haqqında fikirlərini də söyləyib:"Kamran Quliyev Azərbaycan futbolunda tanınmış şəxslərdən biridir. Komandaya bizim dönəmimdə çalışan Tərlan Əhmədov rəhbərlik edir. Mən komandaya vaxt lazım olduğunu dəfələrlə demişəm. İnanıram ki, klub bu mövsüm Avroliqaya vəsiqə qazanacaq. Çünki vaxt yetişib. Mən yeni prezidentə heç bir məsləhət verə bilmərəm. Məsləhət vermək bizlik deyil. O öz işini məndən də yaxşı bilir. Biz ancaq arzumuzu çatdıra bilərik. Komandanın "Qarabağ"la keçirdiyi son matçı izlədim. "Neftçi" super idi".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |