"Qarabağ"ın yeni baş məşqçisi məlum oldu -FOTO
Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış “Qarabağ” futbol klubuna yeni baş məşqçi təyin olunub.
Sportfm.az xəbər verir ki, Vyana klubunun rəhbərliyi avstriyalı mütəxəssis Hans Kleerlə anlaşıb. 48 yaşlı məşqçi yeni işinə sabahdan etibarən başlayacaq.
“Qarabağ”ı Kleerə qədər türkiyəli məşqçi Volkan Kahraman çalışdırırdı. O, ötən gün gözlənilmədən istefa verdiyini açıqlamışdı.
Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.
“Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" fəaliyyətini dayandırdı, adı dəyişidirilir
“Qarabağ”dan inamlı qələbə
Elvin Avstriyada komandasının qələbəsində pay sahibi oldu
“Qarabağ”da gözlənilməz istefa - Baş məşqçi ilə yollar ayrıldı
Azərbaycanlı futbolçu Avstriya klubuna transfer olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası