reklam
Azərbaycan millisi Avropa çempionudu!
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Avropa çempionudu!


18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının "C" divizionunun qalibi olub. Apasport.az saytının məlumatına görə, San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib. Son çempionla qrupda da üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri ilk matçda aldığı 59:69 hesablı məğlubiyyətin əvəzini finalda çıxmağa müvəffəq olub. Belə ki, ilk üç hissədə rəqibindən güclü olan millimiz 74:57 (12:11, 20:13, 19:8, 23:25) hesabı ilə qalib gəlib. Bu qələbədə ən çox pay sahibi olan Eldar Poladxanlı 24 xal toplayıb. O və komanda yoldaşlarının səyə nəticəsində "C" divizionunda Avropa çempionu olan millimiz turnirdə keçirdiyi 5 oyunda ardıcıl 4-cü qələbə ilə bu uğura imza atıb.
 
Qeyd edək ki, qrupda Andorra (59:69), Cəbəllütariq (89:54), Monako (79:61) ilə qarşılaşan komandamız yarımfinalda Kosovodan güclü olub – 77:66.

Oxşar xəbərlər

Yığmamız Andorraya qalib gəldi - Avropa çempionatı
Qızlardan ibarət millimiz Avropa çempionu oldu
Millimiz 24 komanda arasında 22-ci olub
Yığmamız Ermənistanla qarşılaşacaq
Millimiz məğlubiyyətləri sıralayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər