Rusiya klubu millimizin sabiq üzvünü transferə çıxardı
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Samir Məsimov Rusiyanın "Fakel" klubu ilə yollarını ayırmalı olub.
Sportfm.az xəbər verir ki, Rusiya 1-ci divizionunda mübarizə aparan Voroneş təmsilçisi onu transferə çıxarıb.
Bu qış fasiləsi dönəmində komanda ilə birgə Türkiyədə təlim-məşq toplanışında olan millimizin sabiq yarımmüdafiəçisi baş məşqçi Pavel Qusevin etimadını qazana bilməyib. Bu üzdən də klub rəhbərliyi onu transferə çıxarmaq qərarına gəlib.
Xatırladaq ki, Samir 2017-ci ildən "Fakel"də çıxış edirdi. Lakin o, çox şans qazanmadığı Voronej klubunda bu mövsüm cəmi 8 oyuna çıxıb ki, həmin görüşlərdə də 90 dəqiqə meydanda olmayıb.
Məsimov 2014-2016-cı illər aralığında "Neftçi"nin, 2017-ci ilin əvvəlində isə AZAL-ın şərəfini qoruyub. 2016-cı ildə isə o, Sloveniyanın "Domjale" klubunda legioner həyatı yaşayıb.
Oxşar xəbərlər
Məsimov Rusiya klubunda
Samir Məsimov yenidən Azərbaycanda
Yığmamızın üzvü Rusiyanın 1-ci Divizionunda
AZAL-ın futbolçu Rusiyaya yollandı
Samir Məsimov yenidən Azərbaycan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO















Misli Premyer Liqası