reklam
O, dünyanın ən yaxşı bombardiridir -
Sportfm.az xəbər saytı

O, dünyanın ən yaxşı bombardiridir -FOTO


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

Milli komandalarda və qitə miqyaslı oyunlarda 3 və daha çox qol vuranların cədvəlinə 26 futbolçu daxil edilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 9 qol vuran Əyyub Əl Kaabidi. "Penalsans" klubunun üzvü yalnız yığmada fərqlənib.

2-ci yerdə argentinalı Emiliano Tade qərarlaşıb. O, Yeni Zelandiyanın "Oklend Siti" klubunda 5 qola imza atıb. Cənubi Koreyalı Şin-Vuk Kim ("Yonbuk Hyundai") millidə vurduğu 4 qolla ilk "üçlüy"ü qapayır.

Qeyd edək ki, Azərbaycan millsi və klubları bu il keçirilən beynəlxalq matçlarda qol vurmayıb.

Oxşar xəbərlər

Futbol tarixində ən çox qol vurmuş oyunçuların siyahısı yenilənib
2022-ci ilin ən yaxşı oyun qurucusu - İFFHS
Avropanın ən yaxşı klubları - SİYAHI
Messi 2-ci, Ronaldo 17-cidir - Ən məhsuldar futbolçular
"Qarabağ" dünyanın ən yaxşıları sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər