reklam
Futbol tarixində ən çox qol vurmuş oyunçuların siyahısı yenilənib
Sportfm.az xəbər saytı

Futbol tarixində ən çox qol vurmuş oyunçuların siyahısı yenilənib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.

Sportfm.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.

Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.

Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.

Oxşar xəbərlər

Ən çox qol vuran afrikalı futbolçular - SİYAHI
Tanaka hamıdan öndədi - Ən çox qol vuran müdafiəçilər
Ronaldo, Messi və Əli...
Mahir Emreli ən çox qol vuran oyunçuların siyahısında - Uğur
XXI əsrin ən çox qol vuranları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər