reklam
Rəşad Dadaşov ittihamlara cavab verdi:
Sportfm.az xəbər saytı

Rəşad Dadaşov ittihamlara cavab verdi:Mənimlə pul davası edir


Futzal üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Bədr Xocalı” komandası ətrafında olan söz-söhbət səngimək bilmir. Bir müddət öncə klubun sabiq çalışdırıcısı Elşən Ağaverdiyev Sportfm.az saytına müsahibə verərək, komandanı təsis edən İslam Partiyasının üzvü Rəşad Dadaşovla bağlı ittihamlar irəli sürmüşdü. Deyilənlərlə razılaşmayan Dadaşov saytımıza açıqlama verib. 

- Məşqçi ilə necə tanış oldunuz?

- Mən onu tapmamışam. Zaur Dadaşov adlı futzalçı özü gəlib təklif etdi ki, belə bir insan var. Mən Elşəni ona qədər heç vaxt tanımamışam.

- Elşən bəy, deyir ki, siz özünüzü İslam Partiyasının üzvü kimi təqdim etmisiniz.

- Düzdür, mən İslam Partiyasının üzvüyəm. Eyni zamanda Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyinin təsisçi rəhbəriyəm. İctimai Birliyin partiya ilə bağlılığı yoxdur.

- 2-ci Liqada oynamaq qərarını birlikdə verdiniz?

- Biz birlikdə qərar verməmişik. Komandanı mən təsis etmişəm. İkinci Liqada çıxış etmək üçün Futzal Federasiyasına müraciət etmişəm. Ağaverdiyev kluba sonradan gəlib. Birinci Liqada klub çatışmamazlığı olanda federasiyadan bizə təklif gəldi ki, orda mübarizə aparaq. Məşqçi isə razı olmadı ki, uşaqlar MFL-də oynaya bilməz. Yenə deyirəm ki, klubu yaratmadan öncə onu tanımırdım. Ona heç bir məsləhət verməmişəm.

- Az pulla iddialı komanda yaratmaq istədiyiniz deyilir.

- Ondan nə iddialı klub, nə də güclü oyunçu dəvət edib çempion olmasını istəməmişəm. Turnir cədvəlində son sıralarda olmamaq və ilk “altılığa” düşmək üçün səy göstərəcəyimizi planlaşdırmışdıq.

- Mütəxəssis açıqlamasında bildirir ki, onlara pul ödənilməyib. Siz demisiniz ki, nəticə yaxşı olsa, sponsor olacaq.

- Yüz faiz əminliklə sponsor gələcək demədim. Dedim ki, əgər nəticələrimiz yaxşı olsa yəqin ki, sponsor tapa bilərəm. Buna cəhd etdim. Bəzi şirkətlərə ağız açdım. Yaxın gələn olmadı.

- Özünüz məşqlərdə iştitak edirdiniz?

- Komanda yaranan gündən məşq etmək və oynamaq fikrim olub. Baş məşqçi ilk günlər yeni gələn oyunçulara baxdığı üçün məşqlərdə aktiv iştirak etmirdim. Yoxlanışa mane olmurdum.

- Heyətə cəlb olunan futzalçılar pulsuz çıxış edirdi?

- İlk gündən pul olmayacağını demişdim. “Bədr Xocalı”nın həvəskar klub olduğunu, gənclərə şans vermək üçün yaratdığımı daim söyləyirdim. Pula oynayan peşəkarlar peşəkar klubda çıxış edər. Elşən müəllim öz cibinin puluna kimisə oynadırsa, bu onun öz işidir. O özünə reytinq, məşqçi kimi ad qazanmaq istəyirsə, özü bilər. Ondan xahiş etməmişdim ki, pul xərcləsin. Klubda maaş söhbəti olmayıb. Yalan danışmasın. Nə də tezliklə həll olunacağın deməmişəm. Demişəm sponsor tapsam mükafat olacaq. Onunla qəpik söhbəti etməmişəm ki mənimlə pul davası edir. Bu yalan söhbətlərlə özünü niyə reklam edir? Oyunçuların hansı haqqını yemişəm? Rəhbər şəxs kimi məşqçinin hərəkətlərindən xoşum gəlmədi və onu işdən azad etdim. O, özü getməyib, mən uzaqlaşdırmışam. Oyunçular isə məşqçi ilə özləri gedib. Harda görülüb ki, məşqçini çıxardasan, oyunçular deyə ki, biz də gedirik. Məşqçi klubda qruplaşma yaradıb. Ancaq öz ətrafını yığırdı ki, sabah mənə öz dediklərini diktə etsin. Mən futzalçılara gedin deməmişəm. İndi hansı halallıqdan danışırlar? Halallıq o zaman olmaz ki, onları mən çıxarardım. Mən məşqçini qovmuşam. Əslində mən onlara haqqımı halal etməməliyəm ki, klubu birlikdə tərk edib məni tək qoydular. Oyunçuların rəhbərlik arasında olan məsələyə qarışmağa ixtiyarı yox idi. Ağaverdiyev söyləyir ki, o peşəkardır. Peşəkardırsa həvəskarlara niyə məşqçilik edirdi? Peşəkar olsa, indi onu peşəkar klublarda görərdik. Heç uşaq futbolunda onun yeri yoxdur. Özünü reklam etməklə məşğuldur.

Oxşar xəbərlər

Xaricdə yaşayan azərbaycanlı məşqçi geri dönür - Ölkə çempionatında yeni iddialı kluba rəhbərlik edəcək - ÖZƏL
"Azərbaycan futboluna baxanda 70 yaşlı ahıl kişinin əsası ilə yeriməsini görürəm"
"Bizdən qabaq "Neftçi"də oynamayan oynayandan çox mükafat alırdı"
Rəşad Sadıqovun qardaşı: Ondan məsləhət almıram
"Belə absurd qərarın altına imza ata bilməzdim" - Futzal çempionatında biabırçılıq - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər